Taxov: Bolqarıstan Aİ ölkələrinə Ukraynadan yumurta idxalının qadağan edilməsini istəyəcək

24-09-2024, 10:58           
Taxov: Bolqarıstan Aİ ölkələrinə Ukraynadan yumurta idxalının qadağan edilməsini istəyəcək
Nazir bazar ertəsi Brüsseldə keçiriləcək Aİ-nin Kənd Təsərrüfatı və Balıqçılıq Şurasının iclasında Bolqarıstanı təmsil edəcək.
Bolqarıstan Avropa İttifaqı (Aİ) ölkələrinə Ukraynadan yumurta idxalına qadağa qoyulmasını istəyəcək.
Bu barədə "RİA Novosti" Bolqarıstanın kənd təsərrüfatı naziri Georgi Taxovun söylədiklərinə istinadən xəbər verib.
Nazir bazar ertəsi Brüsseldə keçiriləcək Avropa İttifaqının Kənd Təsərrüfatı və Balıqçılıq Şurasının iclasında Bolqarıstanı təmsil edəcək. İclas zamanı Aİ-yə üzv olan ölkələrin kənd təsərrüfatı nazirlərinin Ukraynadakı münaqişə fonunda kənd təsərrüfatı bazarlarındakı vəziyyəti müzakirə edəcəkləri gözlənilir. Bolqarıstan nümayəndəsi bildirib ki, o, quşçuluq təsərrüfatlarının milli assosiasiyasının təkidi ilə Ukrayna yumurtasının idxalına qadağa qoyulmasını xahiş edəcək.
"Biz Avropa Komissiyasının qərarı olmadan heç nə edə bilmərik. Biz ilk addımı atdıq, yumurtanı daha yüksək rüsumlu mallara daxil etdik, indi isə daha bir addım atırıq - qarşıdan gələn Şurada onların mütləq qadağan olunmasını istəyəcəm", - Bolqarıstanın kənd təsərrüfatı naziri vurğulayıb.

İclasda iştirak edənlər həmçinin ümumi kənd təsərrüfatı siyasəti çərçivəsində strateji planların icrasının gedişatını da nəzərdən keçirəcəklər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.