Paytaxtın bir rayonunda çirkli sular səkiyə və yola axıdılır

24-09-2024, 18:04           
Paytaxtın bir rayonunda çirkli sular səkiyə və yola axıdılır
Paytaxtda Nizami rayonunda kanalizasiya sularının yola axması ilə bağlı görüntülər yayılıb. Belə ki, bu görüntülər rayonda Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələrinin kəsişməsindəndir.

Sakinlərin sözlərinə görə, kanalizasiya borusunda yaranan problem səbəbindən çirkli su daşaraq yola tökülüb. Ətrafı isə üfunət bürüyüb.

Onlar bildiriblər ki, ərazidə 10 gündür iş görülməsinə baxmayaraq, proses ləng gedir. Aidiyyəti qurumun əməkdaşları günlərdir işləyirlər, lakin hələ də nəticə yoxdur.

Məsələ ilə bağlı "Azərsu" ASC-nin İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidməti ilə əlaqə saxlanılıb.

Qurumdan bildirilib ki, Nizami rayonundakı həmin qəza yerində hazırda təmir və bərpa işləri həyata keçirilir. Kanalizasiya borusu binaya olduqca yaxın məsafədən keçdiyinə görə, təmir işlərini mürəkkəbləşdirib. Hazırda xətt binadan kənar məsafədə çəkilib. İşlər yaxın günlərdə yekunlaşdırılacaq.

Ətraflı "Xəzər Xəbər"in süjetində:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.