Tibb Universitetinin 250 minlik layihəsi alınmadı

24-09-2024, 15:19           
Tibb Universitetinin 250 minlik layihəsi alınmadı
Azərbaycan Tibb Universitetinin elan etdiyi tender üçüncü cəhddə də ləğv edilib. Tribunainfo.az xəbər verir ki, bu barədə e-tender.gov.az saytında məlumat yerləşdirilib.
Həmin məlumatda deyilir ki, universitet ATU-nun tədris tətbiqinin inteqrasiyaları,tədris tətbiqinə yeni əlavələrin edilməsi,ağıllı keçid sisteminə tətbiqin yazılması və lazımi həllərin alınması xidmətlərinin satın alınmasını həyata keçirmək istəyib. 244.357,50 manatlıq tenderin baş tutmamasına səbəb isə qiymətlərin şişirdilməsi və gizli sövdələşmə olub.
Qeyd edək ki, ATU bu tenderin reallaşması üçün üç dəfə tender elan edib. Lakin hər dəfə AİİBNX tərəfindən rədd edilib. Sonuncu üçüncü cəhdin də alınacağına ümid edilsə də, reallaşmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru