Almaniyada 1945-ci ildən bəri ən güclü sənaye tənəzzülü qeydə alınıb

Bu gün, 15:04           
Almaniyada 1945-ci ildən bəri ən güclü sənaye tənəzzülü qeydə alınıb
Ekspert Almaniyadakı hazırkı tənəzzülün 2008-ci il maliyyə böhranı və 2020-ci il koronavirus pandemiyasından sonrakı tənəzzüllər qədər şiddətli olmadığını, lakin "20-ci əsrin əsas struktur böhranlarından daha dərin və uzunmüddətli olduğunu" söyləyib.
Almaniya sənayesi 1945-ci ildə Almaniya Federativ Respublikasının yaranmasından bəri ən ciddi tənəzzülü yaşayır.
Bu barədə "Deutsche Bank"ın tədqiqat bölməsinin iqtisadiyyat şöbəsinin rəhbəri Robin Vinkler "Berliner Zeitung" qəzetinə müsahibəsində bildirib.
Ekspert öz araşdırmasında vurğulayıb ki, respublikada sənaye istehsalının hazırkı dinamikası həqiqətən də əvvəlkilərdən fərqlidir. Vinkler, hazırkı tənəzzülün 2008-ci il maliyyə böhranı və 2020-ci il koronavirus pandemiyasından sonrakı tənəzzüllər qədər şiddətli olmadığını, lakin "20-ci əsrin əsas struktur böhranlarından daha dərin və uzunmüddətli olduğunu" söyləyib.
Vinkler Almaniyanın artan enerji qiymətləri və ağır sənayenin sağ qalmasını təhlükə altına alan beynəlxalq rəqabətlə üzləşdiyi 1980-ci illərin böhranı ilə də paralellər aparıb. Ekspert əlavə edib ki, hakim koalisiyanın yürütdüyü iqtisadi siyasət sayəsində hazırkı böhran daha əhəmiyyətli ola bilər.
Bundan əvvəl Almaniya iqtisadiyyatının böhran yaşadığı və əhalinin artan narahatlığına səbəb olduğu bildirilirdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.