"BİZ DƏ ÖZ TARİXİ TORPAQLARIMIZA QAYIDACAĞIQ" - Qərbi Azərbaycandan olan vətəndaşlarımız buna inanırlar...

25-09-2024, 08:28           
"BİZ DƏ ÖZ TARİXİ TORPAQLARIMIZA QAYIDACAĞIQ" -
Tərtər rayonunda yaşayan və Qərbi Azərbaycanın Vedi rayonunda doğulan Hümbətov Zilfiqar və Hümbətova Gülnaz öz doğma yurdları olan Qərbi Azərbaycana tezliklə qayıdacaqlarına inanırlar.

Hümbətov Zilfiqar Məhərrəm oğlu 1936-cı ildə Vedi rayonunda anadan olub. Hümbətova Zilfiqarın atası və babası da Vedi rayonunda anadan olub.

Hümbətova Gülnaz Bilal qızı 1940-cı ildə Vedi rayonunda anadan olub. Hümbətova Gülnazın atası və babası da Vedi rayonunda anadan olub.

Hümbətova Gülnaz xanım deyir ki, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır... şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və Biz Qərbi Azərbaycanlılar öz tarixi torpaqlarımıza tezliklə qayıdacağıq, mən buna səmimi qəlbdən inanıram.

Qeyd edək ki, Hümbətov Zilfiqar və Hümbətova Gülnaz məşhur Abasqulu bəy Şadlinski və onların nəsilləri ilə yaxın qohum olublar.
TEREF













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru