Bu Qanunu - nə dərəcədə humanist və ya ədalətli Qanun hesab etmək olar?

Bu gün, 15:38           
Bu Qanunu - nə dərəcədə humanist və ya ədalətli Qanun hesab etmək olar?
Bu Qanunu - nə dərəcədə humanist və ya ədalətli Qanun hesab etmək olar? QANUN:
Sığorta hadisəsi nəticəsində sığorta olunan öldüyü halda onun vərəsələrinə - birdəfəlik sığorta ödənişi-sığorta olunanın orta aylıq əmək haqqının 12 misli məbləğində sığorta pulu ödənilməsini nəzərdə tutur.
Bu, "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikasının Qanununda" nəzərdə tutulur.
Təsəvvür etmək çətin deyil: bədbəxt hadisə və ya peşə xəstəlikləri nəticəsində işçi vəfat edir, ailə hətta ola bilər ki, ailədə - işləyən və ya əmək haqqı gətirən ailə başçısını kiminsə günahı üzündən itirir, buna görə ölümündən sonra onun vərəsələrinə - əmək haqqının 12 mislində sığorta haqqı ödənilir.
Bir faktı da nəzərə almaq lazımdır ki, bu adi və ya təbii ölüm deyildir, işlə və ya istehsalat ilə bağlı ölümdür. Bir insan işlə əlaqədar vəfat edir, kiminsə, hansısa vəzifəli şəxs və ya şəxslərin təqsiri üzündən, bu halda buna görə ölümündən sonra onun vərəsələrinə əmək haqqının 12 mislində sığorta haqqı ödənilir. Ailə başçısını itirən, ailəyə yeganə çörək gətirən ailə başçısını itirən ailə üzvləri 12 aydan sonra nə etməlidir? Bu Qanun nə dərəcədə - ədalətli və humanist Qanundur?
"İstehsalatda bədbəxt hadisələr və ya peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikasının Qanunu" - təbii ölümü deyil, istehsalatda əlaqədar işçilərin: əmək xəsarəti alması, sağlamlığını itirməsi və ya ölümünü tənzim edir.
Hətta nəzərə alınmır ki, ailə başçısı ailəsinə yalnız əmək haqqı gətirmir, eyni zamanda o həm də ailənin başçısıdır, məişət, ailə, sosial və digər sahələrdə də ailəni idarə edən bir şəxsdir, bütün bunları itirən vərəsələrinə və ya ailə üzvlərinə isə yalnız əmək haqqının 12 misli məbləğində sığorta pulu ödənilir.
Azer Quliyev
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.