Anti-İnhisar Xidməti “Azərenerji”nin 204 milyonluq 4 tenderini bir gündə ləğv etdi

Bu gün, 17:03           
Anti-İnhisar Xidməti “Azərenerji”nin 204 milyonluq 4 tenderini bir gündə ləğv etdi
“Azərenerji” ATSC elan etdiyi 4 tenderin nəticələri ləğv olunub. Tribunainfo.az xəbər verir ki, Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Xidməti (AİİBNX) həmin nəticələri bir gündə ləğv edib.
Belə ki, “Azərenerji”nin 58.760.973 manat ayırdığı 330 kV-luq ikidövrəli “Biləsuvar GES – Nəvahi YS” EVX-nin tikintisi və elektrikquraşdırma işlərinin satın alınması qanunun tələbi pozulması səbəbindən rədd edilib.
40.450.115 manatlıq 500 kV-luq birdövrəli “Abşeron YS – Nəvahi YS” EVX-nin tikintisi işlərinin satınalınması da həmçinin eyni aqibətlə üzləşib.
53.109.350 manat dəyəri olan 330 kV-luq ikidövrəli “Bankə GES – Nəvahi YS” EVX-nin tikintisi də tenderin ləğv olunması səbəbindən dayandırılıb.
ATSC-nin sonuncu tenderi isə 51.542.485 manat dəyərində olub. Bu pulla dövlət qurumu 500/330 kV-luq “Nəvahi” yarımstansiyasının tikintisini reallaşdırmaq istəyib.
AİİBNX-nin ümumi dəyəri 203 862 923 minlik trenderləri ləğv etməsinə səbəb isə “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsinin pozulması olub.
Qeyd edək ki, son iki həftədə AİİBNX “Azərenerji”nin ona yaxın tenderini ləğv edib. Həmin ləğvetmələrə səbəb isə qanunların pozulması, iştirakçı sayının məqsədli şəkildə az götürülməsi, qiymətlərin şişirdilməsi və gizli sövdələşmə ilə bağlı olub. Ümumiyyətlə, qanunun bu tələblərinin pozulması hallaqı Balbaba Rzayevin rəhbərlik etdiyi qurumun “xroniki şakəri”nə çevrilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.