Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azerbaijan İnternational Telecom”un (AzInTelekom) milyonlarla manat vəsait hesabına başa gələcək tender elan edib.
İqtisadiyyat.az xəbər verir ki, tender hökumət buludu layihəsi çərçivəsində tikinti işləri üçün hazırlıq işlərinin satın alınması ilə bağlıdır.
AzInTelekom satın alınmanın 7 400 000 manata başa gələcəyini proqnozlaşdırıb.