Ata azyaşlı qızını ölümlə hədələyir: "Tezliklə bir məzarda yatacağıq"
26-09-2024, 08:36
Bərdədə atanın 4 yaşlı qızına spirtli içki içirərək görüntülərini sosial şəbəkələrdə paylaşdığı iddia olunur.
Bununla yanaşı, qızı ilə paylaşdığı şəklinin altına "Tezliklə ata-bala bir məzarda yatacağıq" sözlərini yazıb.
Real TV-yə müraciət edən çarəsiz ana bildirib ki, keçmiş həyat yoldaşı ilə 2018-ci ildə ailə həyata qurub. 2019-cu ildə isə bir qız övladları doğulub. 2020-ci ildə maddi problemlər səbəbindən boşanıblar. Məhkəmə qərarı ilə 4 yaşlı qızlarının anada qalmasına, həftəsonları isə atası ilə görüşməsinə qərar verilib. Bütün problemlər isə ata ilə qızının görüşlərindən sonra başlayıb.
Belə ki, keçmiş həyat yoldaşı ona zəng edərək "aparım qızı Qarabağ kanalına atım ölsün?", - deyə anaya hədə-qorxu gəlib.
Azyaşlının atası Anar Hüseynov isə məsələ ilə bağlı iddiaları təkzib edib.