Masallı təhsilində ƏDALƏTSİZLİK! Maarif niyə dərs bölgüsünə qarışır?

26-09-2024, 18:34           
Masallı təhsilində ƏDALƏTSİZLİK!
Masallı Rayon Vətən Qəhramanı İntiqam Əsgərli adına 3 sayli orta məktəbdə tarix müəllimi dərs bölgüsündən narazılıq edir. Həmin məktəbdə direktor yoxdur.
Yeni tədris ilində də direktor müavinləri dərs bölgüsünü ediblər. Maarifin inspektoru Hörmət müəllimin əmrinə əsasən həmin müəllimin dərs saatlarını başqa müəllimə ayırıblar. Bunun isə qanuni heç bir əsası yoxdur. Belə ki, istər DQ balı, istər müəllim nailiyyəti cəhətdən mümkün deyil. Müəllim hər kəs tərəfindən sevilən, şagirdlərin, valideynlərin sevimlisi, xüsusilə şagird nailiyyətləri ilə diqqət cəlb edən çpx savadlı və humanist müəllimdir. Hansı ki, 2 ildir yeni gələn müəllimə keçən il xahiş edib bir illik 6 saatı verməsini xahiş ediblər. Müəllim də humanistlik edərək 1 illik (gələn ilə qaytarılma şərti ilə) qəbul edib. Amma bu il yenə inspektor Hörmət müəllim gəlib dərs bölgüsü edib və həmin saatları müəllimə qaytarmayıb.
Məktəb direktoru ötən dərs ilindən çıxarılıb. Yeni təyin olunan direktor gələnə kimi Hörmət müəllim dərs bölgüsü edib və müəllimin haqqını geri qaytarmır.
Qeyd edək ki, şikayət edən müəllim məktəb üçün, şagirdlər üçün, təhsil üçün çox uğurlu addımlar atmış, ən əsası da insanlıq nümunəsi olmuşdur.
Yeni gələn müəllim isə hazırlıq üçün şagird yığır, MİQ kitablarını uşaqlara aldırıb dərsi onunla keçir. Üstəlik xahiş ilə aldırdığı dərslərə görə də uşaqlar müəlliminiz sizi istəmir, atıb, məcburən mən dərs keçəcəm deyir. Ancaq çoxşagirdli, savadlı sinifləri seçir ki, yaxşı gəliri olsun.
25 illik pedaqoji fəaliyyəti olan, daima yüksək nailiyyəti və insanlıq nümunəsi ilə fərqlənən, uşaqları bullinqdən, haqsızlıqlardan qoruyan, şagirdləri barmaqla göstərilən müəllim qalıb kənarda uşaqlara zorla kitab aldırıb, Nazirliyin heç bir tədbirinə, heç bir əmrinə riayət etməyən, zorla kitab aldıran, uşaqlara psixoloji bullinq edən müəllimə verilib.

Müəllim haqqını tələb edir. Biz də sayt vasitəsilə aidiyyatı qurumların məsələnin həllinə düzgün yanaşıb həll etməsini tələb edirik. Çünki bu həm müəllimin şikayəti, həm də valideyn və şagirdlərin çarəsizliyindən yaranır. Onlar da narahatçılığını bildirir, müəllimlərini geri istəyirlər.
tehsilmedia












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.