“Tost” maliyyə pramidası “partladı” – Pulları götürüb aradan çıxdılar

27-09-2024, 07:04           
“Tost” maliyyə pramidası “partladı” –
İnternet resurslarında “Tost” maliyyə piramidasının çökməsi ilə bağlı məlumatlar yayılıb.

“AzPolitika”-ya daxil olan məlumata görə, sözügedən sistemə pul yatıranlar bir neçə gündür vəsaitlərini çıxara bilmirlər.

“Dünəndən etibarən çıxarışa vurulan vəsaitlərin heç biri ödənilməyib. Hamı gözləyir, bilmirik necə olacaq, amma “Tost”-un saytı həminki qaydada işlək vəziyyətdədir”, -maliyyə pramidasına qoşulan şəxslərdən biri “AzPolitika”-ya bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində həmin maliyyə pramidası ilə bağlı araşdırma aparıldığı haqda məlumat yayılıb.

Tenologiya sahəsində tanınmış bloqçu Fərid Pərdəşünas “Facebook”-a “Tost” idaərçilərinin bütün vəsaiti götürüb yoxa çıxdılarını yazıb.

“Bu gün ödənilməli olan ödənişlərin heç biri baş tutmayıb. Piramida partladı. Minlərlə azərbaycanlı ailəsi son qazancını, kreditə götürdüyü vəsaiti, toy qızıllarını satıb bu şəbəkəyə yatırmışdı. Çox sayda insan pərişan vəziyyətdə qalıb. Bu platformadan qazananlar, “sən partlatdın” deyib həyasızca rəy yazanlar anlamırlar ki, onlar sadəcə başqalarının vəsaitini götürürdülər. Piramida böyüdükcə verdiyi zərər artır”, - qeyd edib.

Bloqçu Daxili İşlər Nazirliyinə səbr arzulayaraq, verilən zərərin böyük olduğunu və insanların DİN-ə axın edəcəyini qeyd edib:“Dələduzlar isə qəzəbli zərərçəkənləri mənim üstümə göndərib təhlükə yaratmağa çalışır. Bildirmək istəyirəm ki, hər şey nəzarət altındadır. Lazımı tədbirlər alınıb və bu növ hədələrə qarşı ən sərt tədbirlər görüləcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.