“Siniflərin birləşməsi müəllimlərin sonunu gətirəcək” – TƏHSİL İŞÇİLƏRİ NAXÇIVANDAKI “YENİLİYƏ” ETİRAZ EDİR

27-09-2024, 09:44           
“Siniflərin birləşməsi müəllimlərin sonunu gətirəcək” – TƏHSİL İŞÇİLƏRİ NAXÇIVANDAKI “YENİLİYƏ” ETİRAZ EDİR
Naxçıvan Muxtar Respublikası, Babək rayonunun bir qrup sakini tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayəti olduğu kimi dərc edirik:

“Naxçıvan təhsilində baş verən haqsızlıqlar bitmir. Hazırda güclü ixtisarlar gedir. 18 uşaq üçün nəzərdə tutulmuş sinif otağında 26 uşağı yığıb, birləşdiriblər. Buna görə də müəllimlərin dərs yükü azalıb. Bir sinif birləşəndə 36 saat dərs ixtisara gedir.

Heç kəsin şikayətinə baxmırlar. Müəllim əziyyət çəkib, sertifikasiyadan keçir ki, 10 saat dərs desin? Belə haqsızlıq olar? Belə görünür ki, siniflərin birləşməsi müəllimlərin sonunu gətirəcək”.

Hurriyyet.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.