Pul silmək üçün alinan bahali avadanliqlar olanda aninda pul xərcləyirsən
18-10-2024, 09:54
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB-nin sədri Mirvari Qəhrəmanlıya yazırlar:
Əziz və dəyərli komitə sədri Mirvari xanim. Imkaniniz varsa öz təshkilatinizin hesabina bizim idarəyə 1 ədəd "keçid turniketi" alib göndərərdiz? Azneft İB göstəriş verib ki, ancaq NQCI ishçiləri hər gün seher-axsam "ishə davamiyyət jurnalina" gəlib-getmə haqqinda imza etsinlər. İlon Mask artiq Mars planetində "ağilli kənd" lahiyyəsini həyata keçirmək ərəfəsində ikən bizim Azneft indi ayilib ki, davamiyyət jurnalina işçilərə qol çəkdirmək lazimdir. 15 gün dənizin ortasinda özül shəraitində olan işçi hara gedib ishə gecikə və ya gəlməyə bilər ki, sən onun hər gün ishə gəlib-getmə vaxtinin qeydiyyatini aparirsan? Camaat halalca evə getmə günündə ve ya ishe gelme gununde öz adini gəmi siyahisina yazdira bilmir, zəng edib ona buna xahiş edir ki mənim adimi gəmiyə yazdir, sən Azneft isə hansisa qeyri-peshəkarin ağlina gələni camaata siriyib ələ salirsan. Sən belə atçot - uçot aparansan gəl ishcilere ən sadə verilmeli olan ish əlcəklərinin atçotunu apar. Neft sənayesi ishçiləri hər 15 günə 4-5 cüt əlcək alib gətirir öz puluna, xüsusi texnika işlədənlər öz pullarina ehtiyyat hissələri alib gətirirlər ki, onlara boshdayanma yazilmasin, və s. Bunlar ən primitiv misal kimi gətirilir, amma o qədər misal gətiriləsi çatishmamazliqlar var özünüz də çox gözəl bilirsiz! Sən İB olaraq bir ədəd turniket alib gəmi ayağinda qurashdira bilmirsən ki, işçilər elə oradaca ishe gelerken rahat qeydiyyatdan keçsinlər? Sən hansi zəmanədə yaşayirsan?
Papirus, Daş dövrü deyil e, kompyuter ve elektron innovasiyalar dövrüdür. Sivil ölkələrdə ish yerində vaxt izləmə üsullarınin müxtəlif variantlari var:
1) Elektron cədvəllər;
2) Video nəzarət;
3) Shəxsi girish kartları ilə avtomatik nəzarətçilər;
4) Taym - trekerlər;
5) CRM sistemləri.
6) (Azneft varianti) Kağiz uzərində nəzarət jurnalları. Səninki lap axirinci variantdir ay Azneft İB bashina dönüm, ay sənə quzu kəsim, ay bizim analoqu olmayan istehsalat birliyimiz!
Pul silmək üçün alinan bahali avadanliqlar olanda aninda pul xərcləyirsən, aldiqlarin da ambarlarda və ya sahələrdə qalib paslashir, sən 5-10 dənə turniket alib idarələrə qurdura bilmirsən?
Pulun yoxsa biz Mirvari xanimdan xahiş edək o bizə bir turniket alsin göndərsin.
Bizimle mezelenmeyin de, imkan verin neftimizi cixaraq. Onsuz da "lazim olan adamlarin lazim olan davamiyyetleri lazimi qaydada qeyd olunur"! Gereksiz formalliq meqsedile diger ishcilere qol cekdirib camaatla mezelenmeyin! Size shexsi tanish-qohum munasibeti olmayan ishcinin huneri nedir ki ishe cixmasin?
Mirvari Qəhrəmanlı
TEREF