Problemləri həll etməyin yolu bir tək camaatın cibinə girmək deyil

18-10-2024, 09:58           
Problemləri həll etməyin yolu bir tək camaatın cibinə girmək deyil
Xatırlayırdınızsa, 2023-cü ildə Azərbaycanda qərar qəbul etdilər ki, mağazalarda polietilen çantalar pullu olacaq, kiçik paketlər 3, böyüklər 5 qəpiyə satılacaq - və bu qərarı bəh-bəhlə, "ekoloji həssaslıq, təbiətə ziyanın azadılması", kimi təqdim etdilər. Həmin qərardan sonra onlarla müsahibə verdim və dedim ki, torbaları pullu etməklə iş düzəlmir, bunun təbliğat, PR ayağı da olmalıdır, heç kim 3-5 qəpiyə görə polietilen torbalardan imtina etməyəcək.
Şərhlərdə o zaman verdiyim açıqlamalara linklər olacaq.
İndi rəsmi məlumat yayılıb ki, 2024-cü ilin yanvar-sentyabr aylarında ölkə ərazisində 14 244.8 ton həcmində polietilendən kisə və çantalar istehsal və istifadə edilib. Bu keçən ilin eyni dövrü (yəni, torpalar pullu olmağa başladığı dövr) ilə müqaisədə 26% çoxdur. Yəni, pulsuz olanda daha az istifadə edirdik.
Hörmətli hökumət, problemləri həll etməyin yolu bir tək camaatın cibinə girmək deyil, bu məsələ sosial çarxlarla, təşviqlə, reklamla, düzgün PR-la və MƏKTƏBDƏN başlamaqla həll oluna bilər.
Natig Cəfərli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru