BDU-da təmir işləri bitmir: yarım milyon manatlıq təmirə başlanılır

18-10-2024, 10:48           
BDU-da təmir işləri bitmir: yarım milyon manatlıq təmirə başlanılır
Bakı Dövlət Universitetinin (BDU) əsas tədris binasında bəzi otaqların əsaslı təmiri işləri aparılacaq.

"İqtisadiyyat.az" xəbər verir ki, ali təhsil müəssisəsi bununla bağlı hazırlıqlara başlayıb.

BDU təmir işlərini "Makro 2000 Eğitim Teknolojileri İnşaat Taahhüt İç ve Diş Ticaret Anonim Şirketi"nin Azərbaycandakı Filialına həvalə edib.

Təmir işləri ilə əlaqədar şirkətlə universitet arasında 600 min manatlıq müqavilə bağlanılıb.

BDU-da mütəmadi olaraq təmir işləri aparılır.

Son bir neçə ildə universitetdə ardıcıl olaraq aparılan təmir işlərinə milyonlarla manat vəsait ayrılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru