Hövsanda həftələrdir daşınmayan tullantılar niyə məsələ ictimailəşəndən sonra yığışdırıldı?

18-10-2024, 18:59           
Hövsanda həftələrdir daşınmayan tullantılar niyə məsələ ictimailəşəndən sonra yığışdırıldı?
Suraxanı rayonu Hövsan qəsəbə sakinləri məişət tullantılarının daşınmamasından şikayətçidirlər. Söhbət qəsəbənin bağ massivindəki ərazidən gedir.

Bizim.Media-ya müraciət edən sakinlərin sözlərinə görə ərazidəki zibillər həftələrlə daşınmır. Dolmuş zibil qutularından yerə səpələnmiş tullantıları külək hər yerə yayır. Ərazini küçə itləri və üfunət bürüyüb. Gediş gəlişdə hərəkət çətinləşir.

Şikayətçilər ümumiyyətlə qeyd olunan ünvanda zibilin normal və vaxtı-vaxtında daşınmadığından gileyləniblər.

Problem təkcə bununla yekunlaşmır. Hövsan bağ massivinin həm mərkəz, həm də məhəllələrarası yollarının heç biri asfaltlanmayıb. Baxmayaraq ki, bu massiv 30 ildən çoxdur ki, salınıb. Həmçinin yollarda işıqlandırma da yoxdur.

Sakinlərin sözlərinə görə, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problem həllini tapmır.

Məsələ ilə bağlı Suraxanı rayonu İcra Hakimiyyəti ilə əlaqə yaratdıq. Məişət tullantılarının daşınmaması ilə bağlı icra hakimiyyətinə göndərdiyimiz görüntülərdən dərhal sonra ərazi zibildən təmizlənib.

Bağ massivinin yollarının işıqlandırılması və asfaltlanmasına gəlincə, İcra hakimiyyətindən bu problemin də mərhələli şəkildə həll ediləcəyi biildirilib:

“Sözügedən ərazidə küçələrin işıqlandırılması və asfaltlanması müvafiq tədbirlər planına əsasən mərhələli qaydada həyata keçiriləcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.