Azərbaycanda orta illik inflyasiya enəcək

19-10-2024, 11:38           
Azərbaycanda orta illik inflyasiya enəcək
İqtisadiyyat Nazirliyi baza ssenaridə orta illik inflyasiyanın 2025-ci ildə 4,6 %, 2028-ci ildə isə 3,8 % olacağını proqnozlaşdırır.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2025-2028-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.

Sənədə əsasən, İqtisadiyyat Nazirliyi tərəfindən inflyasiya ilə bağlı baza ssenari beynəlxalq təşkilatların əmtəə qiymətləri ilə bağlı proqnozları, manatın məzənnəsinin sabitliyi, eləcə də antiinflyasiya tədbirləri əsas götürülərək hazırlanıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında orta illik inflyasiya 1,5 % təşkil edib. Eyni zamanda, qida məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri orta hesabla 0,4 %, qeyri-qida mallarının qiymətləri 1,4 %, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 3,3 % artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru