Süni intellektin tətbiqi xərçəngin aşkarlanmasını tezləşdirə bilər

20-10-2024, 12:17           
Süni intellektin tətbiqi xərçəngin aşkarlanmasını tezləşdirə bilər
Süni intellekt sisteminin tətbiqi xərçəngin aşkarlanma sürətini artırır.

Danimarkada süd vəzi xərçəngi üzrə tədqiqatların nəticələri bunu göstərir. Tədqiqat sübut edir ki, süni intellekt əksər mamoqrammaların təkrar oxunmasına ehtiyacı azalda bilər. Bu həm radioloqların iş yükünü azaldır, həm də mənfi-müsbət halları tam aydınlıqla aşkara çıxara bilir.

Danimarkanın Kopenhagen Universitetinin Kompüter elmləri departamentinin əməkdaşı Andreas Lauritzen bildirib ki, süni intellekt radioloqların işini üzərinə götürmür: “Əksinə, bu, onlara vaxlarını daha səmərəli işlərə ayırmağa kömək edir, yüksək riskli skrininqlərə və ya müəyyən xəstələr üçün diaqnostik tapşırıqlara diqqət yetirmək üçün vaxt sərfindən azad edir. Nəticələr isə erkən aşkarlamaya imkan verir”.

Kaliforniya Universitetinin dosenti Ami Li və Şimal-Qərb Universitetinin Feinberq Tibb Məktəbinin dosenti Sara Fridevald bildiriblər ki, mamoqrammaların yoxlanmasına ikiqat oxuma yanaşması dəqiqliyi təmin etsə də, iş yükünü və kadr problemini artırır. Onlar onilliklərlə klinik istifadədə olmasına baxmayaraq, kompüter dəstəkli aşkarlamanın dəqiqliyində heç bir irəliləyiş olmadığını xatırlayıblar: “Qıvrımlı neyron şəbəkələrinə əsaslanan müasir süni intellekt sistemləri kompüter dəstəkli aşkarlamadan üstün olsa da, eyni səhvlərin təkrarlanmasına yol vermək olmaz”.

Danimarkanın paytaxtındakı skrininq proqramında 2021-ci ilin noyabrında süd vəzi xərçənginin mövcud olma ehtimalına əsaslanaraq bir və ya ikiqat oxunuşlar üçün skrininq mamoqrammalarını avtomatik seçmək üçün süni intellekt tətbiq edilib. “Radiology” jurnalında nəşr olunan retrospektiv təhlil paytaxtın əksər tibb mərkəzlərini əhatə edib. Tək oxunuş üçün seçilmiş süni intellekt halları skrininqlərin təxminən 70 faizini əhatə edib. Müəyyən edilib ki, skrininq mamoqrammalarının oxunmasına sərf olunan iş yükü 33,5 faiz azalıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.