Yeni vacib qanun layihəsi - alkaqol bazarına necə təssir edəcək?
21-10-2024, 18:13
Azərbaycanda yeni bir qanun qəbul ediləcək.
Qanun ölkəmizdə alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması ilə bağlıdır.
Yeni təkliflər “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən,
- Alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
- Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunur.
- Pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağandır.
Bu qanun alkaqollu içkilər baazarına necə təsir edəcək? Qiymətlər bahalaşa bilərmi? Bu qanunla bazarda rəqabət imkanları aşağı düşə və kiçik sahibkarlar bundan əziyyət çəkə bilərmi?
Öncə onu qeyd dim ki, dünyanın az sayda ölkələrində belə bir qanun var. Qanun qəbul edilməsinin bir sıra məqsədləri var.
Burada məqsəd alkoqol istifadəsinin azalmasına və ictimai sağlamlığın yaxşılaşdırılmasıdır.
Burada əsas məqsədi alkoqol istifadəsinin azaldılması, spirtli içkilərin istifadəsi ilə bağlı xəstəliklərin və sosial problemlərin qarşısının alınmasıdır.
Lakin bu iqtisadi olaraq inkişaf etməkdə olan ölkələr üçün xarakterik hal deyil. Çünki şərabçılıq, alkaqol bazarı böyük gəlirlər gətirən, eyni zamanda aqrar sektorun inkişafına birbaşa təkan verən sənayedir.
Alkaqollu içkilər bazarında daha keyfiyyətli məhsulların olmasına isə müvafiq olaraq AQTA nəzarət edir. Saxta spirtli içkilərlə bağlı "İstehlakçıların hüququları haqqında" və "Qida təhlükəsizliyi haqqında" qanuna uyğun olaraq nəzarət təbdirləri həyatta keçirilir.
Hazırki vəziyyətdə belə bir qanunun qəbul edilməsi keyfiyyətli məhsul hazırlayaraq bazara çıxmaq istəyən və ilk olaraq ucuz məhsullarla müştəri toplamağa çalışan kiçik və orta sahibkarların satış imkanlarını məhdudlaşdıra bilər.
Çünki bazarda minimum qiymətlə artıq inhisarçı mövqeyini tutan iri istehsalçıların imkanları böyüyəcək. Kiçik və orta istehsalçılar isə sıradan çıxacaq. Başqa bir məqam da ondan ibarətdir ki, məsələn alkaqollu içkilərin pərakəndə satışında minimum qiymət siyasəti həyata keçirən dövlətlərdə minimum hədd çox aşağı götürülüb.
Məsələn Şotlandiya 2018-ci ildən alkoqollu içkilər üçün minimum qiymət siyasətini tətbiq edir. Burada hər bir alkoqol vahidinə görə minimum qiymət müəyyən olunur. Məsələn, bir vahid (8 qram etanola bərabər olan miqdar) üçün müəyyən olunan minimum qiymət 50 pensdir. Hazırda 50 şotland pensi 1.05 AZN-dir.
Minimum qiymət siyasəti tətbiq edən İrlandiya, Kanada, Avstraliyada alkaqollu içkilərin minimum satış qiyməti çox aşağıdır.
Bununla belə bir sıra ölkələrdə alkaqollu içkilərlə bağlı məhdudiyyətlər və minimum satış qiyməti tətbiq edilməklə sosial və sağlamlıq problemlərinin önlənilməsinə çalışılır.
Məsələn Rusiya alkoqollu içkilərin, xüsusilə də votkanın, minimum qiymətini müəyyən edən ilk ölkələrdən biridir. 2010-cu ildən etibarən bu siyasət tətbiq olunmağa başladı. Rusiyada alkoqol istifadəsi və alkoqolizm böyük sosial problemlər yaratdığı üçün bu addım atıldı.
Litva isə 2020-ci ildə alkoqollu içkilər üçün minimum qiymət siyasətini tətbiq etməyə başlayıb. Bu ölkədə də spirtli içkilərin həddindən artıq istifadəsi ciddi ictimai sağlamlıq problemi kimi qiymətləndirilir.
Ukraynada da müəyyən kateqoriyalı alkoqollu içkilər üçün minimum qiymət tətbiq edilir. Bu, alkoqol istehlakını nəzarət altında saxlamaq və vergi gəlirlərini artırmaq məqsədini güdür.
Polşa, Finlandiya da müəyyən alkoqollu içkilər üçün minimum qiymət tətbiq edir. Bu siyasət, xüsusilə yerli və ucuz istehsal olunan içkilərin qiymətinin süni olaraq aşağı olmasının qarşısını almaq məqsədini güdür.
Bu məsələ ilə bağlı İsveçdə daha sərt qərarlar qəbul olunub. Bu ölkədə spirtli içkilərin satışı dövlətin nəzarətindədir və "Systembolaget" adlanan dövlət tərəfindən idarə olunan mağazalar vasitəsilə həyata keçirilir. Bu sistemdə də alkoqollu içkilərin minimum qiyməti müəyyən olunur.
Razi Abasbəyli
TEREF