Nazir BŞTİ-ni Anar Qədiməliyevə tapşırır - Nərminə Hüseynova əvvəlki vəzifəsinə qaytarılır

1-11-2024, 17:05           
Nazir BŞTİ-ni Anar Qədiməliyevə tapşırır - Nərminə Hüseynova əvvəlki vəzifəsinə qaytarılır
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsi müvəqqəti icrası Anar Qədiməliyevə tapşırıla bilər.

Qaynarinfo-ya daxil olan məlumata görə, Nərminə Arif qızı Hüseynova Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini kimi fəaliyyətini davam etdirəcək.

Bildirilir ki, təqdimat gələn həftə ərzində baş tutacaq.

Nərminə Hüseynova elm və təhsil naziri Emin Əmrullayevin 23 fevral 2024-cü il tarixli əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edib.

Xatırladaq ki, bir neçə gün əvvəl Emin Əmrullayevin imzaladığı müvafiq əmrə əsasən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev tutduğu vəzifədən azad olunaraq, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru