BURDA da BAHALAŞMA var: `Belə şey olarmı?` - BU NƏDİ BELƏ?..

29-12-2024, 17:38           
BURDA da BAHALAŞMA var: `Belə şey olarmı?` - BU NƏDİ BELƏ?..
Milli Arxiv İdarəsi sənədlərin sürətlərinin çıxarılması qiymətini kəskin qaldırıb.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Xalq Cümhuriyyətinin tədqiqatçısı Dilqəm Əhməd verib.

O bildirib ki, arxivdən bir fotonun skan surətini çıxartmaq üçün 5 manat tələb olunur:

"Əmin Abidə aid fotoşəkil lazım idi. Mən də ona görə Əmin Abid və Nəsiman Yaqublunun arxivindən bəzi şeylər seçdim. İndi isə şəkil qiymətinin 5 manat olduğunu deyirlər. Yayda 50 qəpik idi. Əvvəllər ümumiyyətlə pulsuz olub. Bu yay sənədlərin surətini əlyazma 50 qəpik, makina yazısı 20 qəpik etmişdilər. Şəkilləri də 50 qəpikdən edirdilər".

Dilqəm Əhməd qiymət artımına etiraz etdiyini bildirib:

"Belə şey olarmı? Bunu hansı qurum, hansı əsasla təyin edir? Bu, tədqiqatçılara "işləməyin" deməkdir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru