Fikrət Məmmədov bu sistemə elə zərbə vurub ki... - bundan sonra HARA GEDƏCƏK?
1-01-2025, 15:18
"24 ildən sonra Ədliyyə naziri postunu itirmiş Fikrət Məmmədov elə mükəmməl ədliyyə sistemi qurub ki, yerinə gəlmiş yeni komanda 10 ay ərzində heç bir dəyişiklik etməyib. Hər şey əvvəlki kimidir!" "DİA-AZ" xəbər verir ki, bunu açıqlamasında tanınmış hüquqşünas Əkrəm Həsənov qeyd edib.
"Təsadüfi deyil ki, Fikrət müəllim işsiz qalmadı, dərhal Konstitusiya Məhkəməsinə hakim təyin olundu" deyə vurğulayan Ə.Həsənov daha sonra əlavə edib:
"Növbəti ildə də onun oradakı fəaliyyətini diqqətlə izləyəcəyik. Halbuki, Konstitusiya Məhkəməsində də elə mükəmməl sistem qurulub ki, sanki bundan o tərəfi daha ola bilməz.
Yeri gəlmişkən, Konstitusiya Məhkəməsi hakiminin maksimal yaş həddi 70-dir. 2025-ci ildə də Fikrət müəllimin 70 yaşı tamam olur və buna görə çox üzülürəm..."