Keçmiş deputatın şirkəti vətəndaşı ƏLƏ SALIR... - Bunun başqa ADI YOXDUR...
1-01-2025, 15:38
Son seçkilərdə mandatsız qalmış Elnur Allahverdiyev deputat olduğu müddətdə necə idisə biznesində də elədir. Yəni bu adam üçün xalqın marağı hansısa formada əhəmiyyət daşımır. Təki biznesi yürüsün... işi getsin... Pul qazanma naminə keçmiş deputat hətta insanlarımızı az qal ələ salmaqdan belə çəkinmir. Hər halda "DİA-AZ" olaraq aşağıda təqdim edəcəyəmiz faktdan anlaşılanı budur.
Bəli, dəyərli oxucular... yuxarıdakı fotoda əks olunan televizoru vətəndaşa Elnur Allahverdiyev satıb. Onun şirkətindən alınıb. Zay məhsul satmaları bir yana nəiunmi onu dəyişmirlər (geri qaytarmalarını kimsə ağlından belə keçirməməlidir), hətta normal qaydada təmirə belə yönəltmirlər. Həm də axı vətəndaş niyə yeni aldığı televizoru bir gün istifadə etmədən belə təmir etdirməlidir ki?..
Nə isə... keçək vətəndaşın gileyinə...
Elmir Allahverdi adlı ictimai fəal başına gələnləri belə nəql edir: " "Kontakt Home" "Toshiba" markalı televizorumuzu 2024-cü il 11 dekabr tarixində evimizə çatdırdı. Televizor qapalı qutuda təhvil verildi və bizə yoxlanılmadan təqdim olundu. 1 gün sonra televizoru açdıq və ekranının zədələndiyini, üzərində xətlər olduğunu gördük.
Elə həmin gün dərhal Kontakt Home-a müraciət etdik. Bizə usta göndəriləcəyi və problemin diaqnoz ediləcəyi bildirildi. Lakin bir neçə gün keçdikdən sonra yenidən əlaqə saxladıqda, bizi servisə yönləndirdilər. Servisdən isə "sorğunuz bizə bildirilməyib" cavabını aldıq. Yenidən "Kontakt Home"a zəng etdik və yenə ustanın göndəriləcəyini eşitdik. Amma bu dəfə də heç bir usta gəlmədi, əvəzində bizdən WhatsApp-la televizorun şəkillərini göndərməyimizi istədilər.
Şəkilləri göndərsək də, heç bir irəliləyiş olmadı. Artıq 2 həftədən çoxdur ki, işləməyən televizor evimizin küncündə qalıb. Problemin həlli üçün dəfələrlə zəng etmişik, lakin hər dəfə yalnız vədlər eşidirik. Heç bir tədbir görülmür, hər dəfə fərqli cavablarla qarşılaşırıq.
Bizim istəyimiz televizorun geri qaytarılması yox, sadəcə işlək bir cihazla əvəz olunmasıdır. Müştəri olaraq belə bir xidmətlə üzləşmək məyusedicidir. Əgər problem tezliklə həll olunmazsa, daha ciddi addımlar atmağa məcbur olacağıq.
"Kontakt Home"dan bu məsələ ilə bağlı operativ reaksiya və həll gözləyirik..."