Naxçıvanda sahibsiz itlərrin yaratdığı təhlükə: " Uşaqları küçəyə buraxmağa qorxuruq!"

2-01-2025, 08:48           
Naxçıvanda sahibsiz itlərrin yaratdığı təhlükə:
Naxçıvan şəhərində sahibsiz itlərin sayının artması sakinlər arasında narahatlıq yaradır. Sakinlər bildirirlər ki, son vaxtlar küçə itlərinin şəhərin hər yerində görünmələri və dəstə halında hərəkət etmələri onları qorxuya salmağa başlayıb. Xüsusilə axşam saatlarında və səhər erkən vaxtlarda insanlar bu itlərə rast gəlməmək üçün yollarını dəyişmək məcburiyyətində qalırlar. Valideynlər isə, ən çox uşaqlarının təhlükəsizliyindən narahat olduqlarını bildirirlər.
Cahan Ticarət Mərkəzində çalışan V. Novruzov itlərin qorxusundan tez-tez yolunu dəyişdiyini bildirir:
"Hər səhər işə gedərkən sürü halında qarşıma çıxırlar. Hələ hücum etməyiblər, amma keçən il Şahbuzda bir uşağı parçaladıqlarını eşitmişəm. Aidiyyəti qurumlar heç bir tədbir görmür. Bu itlər ciddi təhlükə yaradır."
Şəhər sakinin Zülfiyyə Babayeva isə sahibsiz itlərin çoxalmasının uşaqlar üçün təhlükə yaratdığını vurğulayır:
"Hər gün övladımı məktəbə apararkən bu itlərə rastlaşıram. Bu səbəbdən uşağı tərk buraxmağa qorxuram. İcra hakimiyyətinə məlumat versək də, tədbir görülmür. Bu işlərə büdcədən vəsait ayrılsa da, görünür, pullar başqa məqsədlərə xərclənir."
Heyvan haqlarının tərəfdarı olan Rəşad Həsənov məsələ ilə bağlı fikrini bu cür bildirir:
"Sahibsiz itlər həm cəmiyyət, həm də özləri üçün təhlükədir. Problemin həlli onların öldürülməsi yox, qısırlaşdırılması və sığınacaqla təmin edilməsidir. Dövlət büdcəsindən ayrılan pullar məqsədəuyğun xərclənsə, həm itlər, həm də insanlar üçün təhlükəsizlik təmin edilərdi."
Gündəlik Naxçıvan
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.