Bu obyektləri DÖVLƏT GÖRMÜR? - Həm də paytaxtın göbəyində...
2-01-2025, 11:21
"Şikayətim "Tarqovı"dakı "Mushu Sushi"dəndir". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Nizami Abbasov adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Bu gün (dünən -red.) suşi yemək üçün yaxınlaşdıq. "Philadelphia" və "Tuna toll" sifariş elədik. "Philadelphia" acı idi... ancaq yemək olardı. "Tuna roll" isə ümumiətlə isə yeyiləsi deyildi. Üzərində olan ətə bənzər şeyin nə olduğunu tapa bilmədik.
Ofisiantı çağırıb dedik ki bu balıq deyil, getdi gəldi dedi ki tuna balığıdır. Bildirdik ki bunun ümumiyyətlə yeyiləsi yoxdur, heç vecinə də olmadı, menyunu götürüb getdi yeni gələn müştəriləri qarşılamağa.
Kassaya yaxınlaşıb ordakı əməkdaşa da narazılığımı bildirdim, onun da heç vecinə deyildi, sanki belə olmalı imiş kimi.