Bayram günlərində işə çağırılan və ya işləyən işçilərin əmək haqqları hansı qaydada və ya məbləğdə ödənilməlidir?
3-01-2025, 09:34
İlin hər Bayram günlərində olduğu kimi yenə də Bayram günlərində işə çağırılan vəişləyən işçiləri bir sual maraqlandırır.
Bayram günlərində işə çağırılan və ya işləyən işçilərin əmək haqqları hansı qaydada və ya məbləğdə ödənilməlidir ???
Bu barədə ilin axırında olan statusumda da ətraflı yazmışam. Məlum olduğu kimi AR-nın Nazirlər Kabinetinin məlim qərarına görə: 3 bayram və 4 şənbə və bazar olmaqla, 7 qeyri iş günüdür.Bu günlərdə:şənbə və bazar günü də olmaqıa istirahət günlərində işə çağırılan işçilərin əməkhaqqı ikiqat məbləğdə ödənilir
Bu günlərdən: 30 dekabr, 3, 4 və 5 yanvar tarixləri -şənbə və bazar günü olmaqla qeyri iş günü- istirahət günləri, 31 dekabr və 1-2 yanvar günləri isə bayram günləri kimi ikiqat məbləğdə ödənilir.
AR Əmək Məcəlləsinə əsasən, iş günü hesab edilməyən bayram günləri görülən işə görə əmək haqqı aşağıdakı məbləğdə ödənilir:
Əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla, əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla.
İş günü hesab edilməyən bayram günləri işə çağırılmış və ya işləmiş işçinin arzusu ilə ona əmək haqqı əvəzinə başqa istirahət günü verilə bilər.
Bayram günlərində işə çağırılan və ya işləyən işçilərin əmək haqqının ödənilməsi AR - nın Əmək Məcəlləsində birbaşa və ya konkret olaraq göstərilməsinə baxmayaraq, düzgün və qanuni olmayaraq praktikada bu ödəmə ilə əlaqədar 2 baxış mövcuddur:
1. Beş günlük və ya altı günlük iş həftəsində, həftədə 40 saat olmaqla normal iş rejimində işləyən işçilərin əmək haqqları AR-nın Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, nadir hallar istisna olmaqla, ikiqat məbləğdə ödənilir bu sahədə problem yoxdur.
2. Növbə üsulu ilə işləyən işçilər də isə Əmək Məcəlləsinin bu tələbləri bir çox hallarda pozulur və işçilərin əmək haqları birqat məbləğdə ödənilir. Bununla AR - nın Əmək Məcəlləsinin 164-cü maddəsinin tələblərinə əməl edilmir.
Bayram günlərində işçilərin əmək haqqını birqat ödəyənlər belə hesab edirlər ki, işçilər növbə üsulu da işləyırlər, şənbə və bazar günləri kimi istirahət günləri-işçilər üçün adi iş günləri olduğu və bir qat ödənildiyi üçün, bayram günləri də birqat ödənilməlidir Lakin nəzərə almırlar ki, Əmək Məcəlləsində iş rejimindənasılı olmayaraq Bayram günlərinin ikiqat məbləğdə ödənilməsi nəzərdə tutulur.
Eyni zamanda AR Əmək Məcəlləsində növbə üsulu ilə işləyən işçilərə bayram günlərində - bu günlər üçün işçilərə əmək haqqının ikiqat məbləğdə ödənilməsilə bağlıdigər işçilərdən fərqli olan hər hansı bir istisna, məhdudiyyət nəzərdə tutulmamışdır.
Göstərilən əsaslardan da, növbə üsulu ilə çalışan, 2024-cü ilin dekabr ayının 31-də və 2025-ci ilin yanvar ayının 1 və 2-də, Bayram günləri işə çağırılan və işləyən işçilərin əmək haqqı iki qat məbləğində ödənilməlidir.
İstirahət, Bayram və ya digər iş günlərində işçilərin əmək haqlarının ikiqat məbləğdə ödənilməsinə dövlət nəzarətiniDövlət Əmək Müfəttişliyi Xidməti, ictimai nəzarəti isə Həmkarlar ittifaqları təşkilatları daşıyır.
Bayram günlərinin birqat ödənilməsi, Əmək Məcəlləsinin tələblərinin pozulmasıdıt və bu ödənişi düzgün etməyən işəgötürənlər üçün maddi,inzibati və cinayət məsuliyyəti yaradır.
Azer Quliyev
TEREF