Ağcabədidə yerüstü piyada keçidi müzakirələrə səbəb oldu: 10 metrlik yolu keçmək üçün niyə göyə qalxmalıyıq?

3-01-2025, 09:18           
Ağcabədidə yerüstü piyada keçidi müzakirələrə səbəb oldu: 10 metrlik yolu keçmək üçün niyə göyə qalxmalıyıq?
Ağcabədidə yeni yerüstü piyada keçidi tikilib.
AzPost xəbər verir ki, yeniu keçid sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Belə ki, 10 metr eni olan yolda zebra mövcuddur.
Eyni zamanda 29 metr uzunluqda, 6 metr hündürlükdə yerüstü keçid tikilib.
Amma sual yaranır ki, insanlar niyə 30 saniyəyə keçə biləcəyi yolu, 3 dəqiqəyə, üstəlik də əziyyət çəkərək keçməlidir?
Eyni zamanda küçədə intensiv hərəkət varmı?
Bu keçidin tikilməsinə xərclənən vəsait Ağcabədidə piyada təhlükəsizliyi, yaxud da ictimai nəqliyyat üçün ciddi işə sərf oluna bilərdimi?
Yəqin ki, bu sualların cavabını Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.