Qanunsuz kosmetoloji fəaliyyətə görə klinika cərimələndi

5-01-2025, 11:45           
Qanunsuz kosmetoloji fəaliyyətə görə klinika cərimələndi
Bakıda lisenziya olmadan özəl tibb fəaliyyəti (kosmetoloji) ilə məşğul olan “VMR Medical Center” MMC ilə bağlı məhkəmə qərar verib.

TEREF “Qaynarinfo”ya istinadla xəbər verir ki, Səhiyyə Nazirliyi tərəfindən Nərimanov rayonunda fəaliyyət göstərən “VMR Medical Center” MMC-də yoxlama aparılıb.

Aparılan yoxlama zamanı “VMR Medical Center”də lisenziya olmadan kosmetoloji fəaliyyətlə məşğul olma faktı aşkar olunub.

MMC-nin baş direktoru və qanuni təmsilçisi Həsənov Vüsal Şükür oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə “VMR Medical Center” MMC-nin baş direktoru İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 20 min manat məbləğində cərimə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru