Əmək haqqı təyin edilərkən işçilər arasında ayrı-seçkiliyə yol verilmir.

Dünən, 09:34           
Əmək  haqqı təyin edilərkən işçilər arasında ayrı-seçkiliyə yol verilmir.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən: Əmək haqqı (aylıq tarif maaşı,əlavələr və mükafatlar)təyin edilərkən, o cümlədən digər əmək münasibətlərində işçilər arasında ayrı-seçkiliyə yol verilmir.
Vətəndaşlığına, cinsinə, irqinə, milliyyətinə, din, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, əqidəsinə ailə vəziyyətinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə üzv və mənsubiyyətinə, qulluq mövqeyinə,işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında ayrı - seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin təyin edilməsi qadağandır.
Qadınlara, əlilliyi olan şəxslərə, yaşı 18-dən az olan, sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə, işğaldan azad edilmiş ərazilərində işləyən işçilərə - əmək münasibətlərində güzəştlər, imtiyazlar, təminatlar müəyyən edilməsi ayrı- seçkilik hesab edilmir.
Əmək münasibətlərində işçilər arasında ayrı - seçkiliyə yol verən işəgötürən və ya digər fiziki şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
Ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş - hüququnun bərpa edilməsi tələbi ilə İddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.
Azer Quliyev
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.