Masazırda kanalizasiya xətti partladı: Yeni çəkilən yol sıradan çıxdı VİDEO

6-01-2025, 11:44           
Masazırda kanalizasiya xətti partladı: Yeni çəkilən yol sıradan çıxdı
Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində kanalizasiya xətti partlayıb, nəticədə yol keçilməz vəziyyətə düşüb.

TEREF Xəzər TV-yə istinadən məlumat verir ki, sakinlərin sözlərinə görə, mövcud vəziyyət tez-tez təkrarlanır.

Yağış yağanda isə küçədən keçmək qeyri-mümkündür. Yolun üst qatı tamamilə sıradan çıxıb. Kanalizasiya xəttinin partlaması isə küçəni daha da bərbad hala salıb.

Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Ramil İbadov "Xəzər Xəbər"ə bildirib ki, sözügedən ünvanda mərkəzləşirilmiş kanalizasiya şəbəkəsi yoxdur. Su və kanalizasiya xətləri isə sakinlərin özləri tərəfindən küstar üsulla çəkilib.

Lakin buna baxmayaraq, Sarı Aşıq küçəsində baş verən qəza qurum tərəfindən qısa vaxt ərzində aradan qaldırılıb.

Gələcəkdə həmin ərzinin kanalizasiya şəbəkəsinin qurulması tədbirlər planına salına bilər.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru