Sahibkarların qiymət tələsi: - “İtirən alıcı, qazanan isə şəbəkə olur”

6-01-2025, 17:39           
Sahibkarların qiymət tələsi: -
“İri sahibkarlar qiymətləri yuvarlaqlaşdırmır. Qiymət cədvəllərində məhsulun dəyirini qəpiklə götərib alıcı cəlb etməyə çalışırlar. Çünki 95 qəpik 1 manatdan daha cəlbedici görünür. Müştərilər bir neçə əşya almaqla pula qənaət edəcəklərinə inanaraq bu hiyləyə qapılır. Əslində bu, insanların psixoloqoyasına təsir etmək üçün dünyanın bir çox ölkələrində istifadə edilən taktikadır. Məhsulların qiymətinin belə təqdim olunması tam olaraq sahibkarın xeyrinədir. Yəni, bu cür qiymətləndirmədə itirən alıcı, qazanan isə şəbəkə olur”.
Bunu Bakupost.az -a iqtisadçı ekspert Rauf Qarayev deyib.
O qeyd edib ki, bazarda qiymət təyini strategiyası həddindən artıq çoxdur: “Hər bir şirkət özünün alıcı bazarına uyğun dəyişikliklər etməyə çalışır. Bütün bunların hamısının kökündə bir məqsəd durur. Satışın həcmini artırmaq. Qiyməti bu cür təyin edən şirkətlər insanların psixologiyasına təsirgöstərmək istəyirlər. Məsələn, 13 manat 99 qəpiyə satılan məhsulu heç kim 14 manat kimi qəbul etmir, hər kəs 13 rəqəminə fokuslanır".
İqtisadçının sözlərinə görə, pərakəndə satış şəbəkələrində heç də həmişə xərda pul olmur və müştərilərə qalıq qəpik əvəzində bir qutu kibrit və ya digər məhsul almaq təklif olunur. Bir çox insanlar lazımsız şeylərdən imtina edir və qəpikləri kassada qoyurlar:
"Bu gün ölkənin bəzi ticarət obyektlərində, xüsusilə də marketlərdə müştəri məmnuniyyəti hələ də ikinci plandadır. Əsas məqsəd yüksək xidmət göstərmək yox, qazanc əldə etməkdir. Azərbaycanda bir çox biznes obyektləri müştəri məmnuniyyəti üçün addımlar atmaq yerinə, onları özlərindən narazı salırlar".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.