Avro kəskin ucuzlaşacaq, dollar isə... - Alman bankından XƏBƏRDARLIQ!

7-01-2025, 09:44           
Avro kəskin ucuzlaşacaq, dollar isə... -
Almaniyanın ən böyük banklarından biri olan “Commerzbank” xəbərdarlıq edib ki, ABŞ-nin bu həftə açıqlanacaq məlumatları dolların gücünü qorumaqla avronu ucuzlaşdıracaq. Bank ucuzlaşma nəticəsində bir avronun bir dollara qədər düşəcəyini gözləyir.

TEREF Sfera.az-a istinadən xəbər verir ki, hazırda ABŞ iqtisadiyyatı digər inkişaf etmiş ölkələrlə müqayisədə daha dayanıqlıdır. Buna görə də son aylarda dolların avro ilə müqayisədə bahalaşması müşahidə edilir.

Ötən cümə axşamı avronun dollara nəzərən məzənnəsi son iki ilin ən aşağı səviyyəsi olan 1,0227 həddinə qədər düşmüşdü. Hazırda məzənnə 1,0341-dir. Bu həftə ABŞ-də dayanıqlı mal sifarişləri, ISM xidmətləri indeksi, JOLTS işə götürmə rəqəmləri, ADP özəl məşğulluq göstəriciləri açıqlanacaq.

“Commerzbank” hesab edir ki, bu göstəricilər pozitiv olarsa, əvəzində Avropa İttifaqı ölkələrində inflyasiya bir qədər də güclənərsə, avro dollara nəzərən daha da ucuzlaşacaq.

Alman bankı növbəti ucuzlaşmanın nəticəsində bir avronun bir dollar olmasının gözlənildiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru