SOCAR-da növbəti "tənzimləmə" hal hazırda tutduğu vəzifəsindən azad olunan şəxslərə də tədbiq olunar
Dünən, 11:20
SOCAR president cənab Rövşən Nəcəfin 18 dekabr 2024-cü il tarixli ,14-2/3-1K-663-2024 saylı əmri ilə SOCAR Geologiya və Geofizika idarəsinin əməyin mühafizəsi üzrə rəis müavini Elxan Ələsgərov, 25 dekabr 2024-cü il 14 -2/3-1K-671-2024 saylı əmri ilə rəisin 1-ci müavini Sarvan Mansurov tutduqları vəzifədən azad olunub.
Qeyd; Bildiyiniz qədər ötən ilin mart ayından təşkilatımıza mütamadi olaraq SOCAR Geologiya və Geofizika idarəsində baş verən müxtəlif qanun pozuntuları , araşdırılmasına ciddi ehtiyac duyulan korrupsiya ehtimallı hadisələr, və əlaqədar şəxslər haqqında kifayət qədər məlumat yayılmışdı :
-GGİ -nin kəşfiyyat Geofizika bölümündə şübhəli kabel əməliyyatı
- «Grand Caucasus Ltd». avadanlıq əməliyyatı
- İstanbuldakı «Platinum Group Dış Ticaret limited»şirkəti, ilə əlaqadar bəzi müəmmalar
- - Gil adası Sara dənizinin tranzit zonalarında dəyaz sularda katamaran və kiçik gəmi əməliyyatı, və s.
Təşkilatımıza verilən məlumatda o da qeyd olunurdu ki, verilən məlumatlar "araşdırıldıqdan" sonra ,SOCAR rəhbərliyi tərəfindən GGİ-də yoxlamalar aparmış və idarənin keçmiş rəhbəri E.Sirinov öz ərizəsi ilə işdən azad edilib "tənzimləmə" aparıldıqdan sonra başqa işlə təmin olunub. Düşünürəm ki,növbəti "tənzimləmə" hal hazırda tutduğu vəzifəsindən azad olunan şəxslərə də tədbiq olunar.
Mirvari Gahramanli