ABB-nin cəngindən qurtulmaq asan məsələ deyil... - BU NƏDİ BELƏ?..

Dünən, 17:06           
 ABB-nin cəngindən qurtulmaq asan məsələ deyil... - BU NƏDİ BELƏ?..
"2022-ci ildə ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) Gənçlik filialına yaxınlaşaraq "Tam kart" kredit kartımı ləğv etmək istəyimi bildirdim..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.

Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Onlar da mənə hazır ərizə forması olan "tam kart kredit limitinin ləğv edilməsi" haqqında ərizəyə imza çəkməli olduğumu bildirdilər.Ərizəyə imza çəkdikdən sonra Tam kartı bank əməkdaşına təhvil verdim və filaldan uzaqlaşdım.2023 cü ildə, hadisədən 1 il sonra həmin Tam kart üzərində mənə qarşı dələduzluq hadisəsi baş verdi.

Hadisədən sonra 2 ci dəfə yenə kartın bağlanaraq sistemdən silinməsi üçün bank filialına yaxınlaşdım.2 ci dəfə yuxarıda qeyd etdiyim eyni ərizə formasına imza çəkdikdən bir müddət sonra kart deaktiv olundu.

ABB-yə dəfələrlə 2 eyni mövzulu ərizənin fərqli formada icra olunması və kartın deaktiv edilməməsi ilə bağlı müarciət etməyimə baxmayaraq məni məhkəməyə yönləndirirlər..."












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.