Gəncədəki Mərkəzi Qan Bankına SU DAMIR... - VİDEO
Dünən, 17:15
Mərkəzi Qan Bankının Gəncə bölməsinin binası qəzalı vəziyyətə düşüb.
"AzPolitika" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.
Sözügedən görüntülərdən də görmək mümkündür ki, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqların müalicə olunduğu bu tibb ocağının yerləşdiyi tikilidə tavanlar qəzalı haldadır. Yağış yağanda su binanın daxilinə axır.
Məlumata görə, ötən ayın sonunda binalardan birinin divarı da uçub. Şəhər sakinləri təcili tədbirlər görülməsinə ehtiyac olduğunu deyərək faciənin baş verə biləcəyindən gileylənirlər.
Qeyd edək ki, 2020-ci ildə Vətən Müharibəsi dövründə cəbhənin ehtiyacları üçün qan ehtiyatı məhz bu mərkəzdə yığılıb. Mərkəzi Qan Bankının Gəncə bölməsi təkcə Gəncə deyil, Azərbaycanın qərb bölgəsinə xidmət edir.