Ötən ili ən böyük rəsmi investisiya və satınalma xəbərləri
Dünən, 12:24
2024-cü ilin yekunları hesablanır, dedim maraqlı olar, ötən ili ən böyük rəsmi investisiya və satınalma xəbərlərini sizinlə bölüşmək istədim:
1) “Honda” və “Nissan” avtomobil şirkətləri birləşdi – layihənin dəyəri 50 mlrd. dollardır,
2) “Mars” şirkəti (Snickers, Twix, M&M's brendlərinin sahibi) “Pringles” çipslərinin istehsalçısı olan “Kellanova” şirkətini aldı – satınalmanın dəyəri 39,5 mlrd. dollardır,
3) “Capital One” Bankı, “Discover Financial” ödəniş sistemini aldı – bunun üçün 35 mlrd. dollar ödəyib,
4) ABŞ-ın “Skydance Media” holdinqi, rəsmi olaraq “National Amusements”şirkətinə məxsus “Paramount Global” brendini və bütün hüquqları 28 mlrd. dollara alıb,
5) Trampın qələbəsindən həmən sonra ABŞ-da slans nefti istehsalçısı olan “Diamondback Energy” şirkəti, 26 mlrd. dollara digər neft şirkəti olan “Endeavor Energy Resources”-u alıb. Elə eyni dövdə digər neft istehsalçısı “ConocoPhillips” şirkəti 22,5 mlrd. dollara slans nefti ilə məşğul olan “Marathon Oil” şirkətini aldı,
6) “Silver Lake” Fondu “Dünya Gözəli” və “Kainat Gözəli” yarışmalarının təşkili və keçirilməsi haqqını 21,49 mlrd. dollara satın aldı.
Azərbaycanda isə iş adamlarının ən böyük arzusu yatırım deyil, əllərində olanları saxlamaqdır, ya da, “altı “moyka” - üstü çayxana” modelidir...
P.S. Gözəllik yarışması məsələsi lap əsəbləşdirdi e məni – Azərbaycanın 2025-ci il büdcəsinin gəlir hissəsi 22,56 mlrd. dollardır, bu iki yarışmanın dəyəri də, elə təxminən o qədərdir...
Natig Cəfərli
TEREF