İşçinin Əmək müqaviləsində və buna müvafiq olaraq Əmək kitabçasında nə yazılmalıdır

Bu gün, 11:34           
İşçinin Əmək müqaviləsində və buna müvafiq olaraq Əmək kitabçasında nə yazılmalıdır
Hər bir işçi çalışmalıdır ki, onunla bağlanmış Əmək müqaviləsində və buna müvafiq olaraq Əmək kitabçasında işlədiyi vəzifənin (peşənin) adı - Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yazılsın. Əks halda: həm əmək münasibətlərində olduğu dövrdə, həm də gələcəkdə bir çox əmək və ya sosial hüquqlarını itirmiş olacaq.
Praktika göstərir ki,bu vəziyyət ilk görünüşdə çox sadə görünsədə, bütün hallarda işçilərin əmək və ya sosial hüquqlarının pozulması ilə nəticələnir.Belə ki, bir çox idarə, təşkilatlarda və müəssisələrdə, xüsusən də xarici və birgə müəssisələrdə Əmək müqaviləsində və təbii olaraq da buna müvafiq Əmək kitabçasında işçilərin vəzifə (peşə) adları yerli əmək qanunvericiliyə uyğun yazılmır.
Bu zaman daha çox xarici ölkələrdə işlənən vəzifə (peşə) adları qeyd olunur ki, bu da işçilərin həm əmək münasibətlərində olduğu dövrdə, həm də sonradan aşağıdakı hüquqlarının pozulması ilə nəticələnir:
Güzəştli şərtlərlə-əlavə məzuniyyət hüququ, qısaldılmış iş vaxtı hüququ, zərərli iş şəraiti ilə əlaqədar əlavə əmək haqqları almaq hüququ, xüsusən də güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ, məzuniyyət hüququ və sair.
Azər Quliyev.
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.