Xoşbəxt Yusifzadənin təltif etdiyi alim işdən çıxarıldı

Bu gün, 07:34           
Xoşbəxt Yusifzadənin təltif etdiyi alim işdən çıxarıldı
Ehtiyatda olan baş leytenant, SOCAR nəzdində “Ekol Mühəndislik Xidməti” QSC-də 17 ildir, gənc ekoloq-alim kimi fəaliyyət göstərən Nazim Tahir oğlu Məmmədov işindən azad edilib.

Bu barədə Pravda.az-a danışan N.Məmmədov deyib ki, uzun müddətdir, əmək sərf etdiyi iş yerində əmək müqaviləsinə xitam verilib:

“17 ilə yaxın bir dövrdə Abşeron ərazisində neft-qaz sənayesində ekoloq alim və peşəkar bir mütəxəssis kimi çalışmağıma baxmayaraq, mənə qarşı haqsızlıq edilib. Məni 23 dekabr 2024-cü il tarixində işdən azad etdilər. Sözü gedən qurum SOCAR-ın nəzarəti altında fəaliyyət göstərən “Ekol Mühəndislik Xidmətləri” QSC-dir. İşdən çıxarmalarına səbəb kimi 6 aylıq bağlanmış müqavilənin müddətinin bitməsini gətirirlər. Bu nə deməkdir? Mən eyni sahədə, eyni bir müəssisədə və eyni vəzifədə 17 ilə yaxın bir müddətə şərəflə, vicdanla və düzgün qaydada çalışıram. Döyüş bölgəsinin zabiti olmuşam. Ehtiyyatda olan baş leytenantam. Bu haqsızlıqlar bir neçə işçiyə şamil edilib. Digərləri isə toxunulmaz olaraq əvvəlki işlərində çalışırlar. Bir sözlə, mənim peşakar nüfuzuma və karyerama zərbə vurdular. 3 azyaşlı övladıma tək valideyn özüməm. Onlar mənim himayəmdədirlər. 14 yaşlı böyük övladım ürək qüsurundan əziyyət çəkir. Övladlarımı ağır sosial duruma saldılar. Deməli, nə mənim gənc bir alim kimi elmi fəaliyyətim, nə peşəkar mütəxəssis olmağım və ən əsası isə 3 azyaşlı övladımın ağır sosial durumu nəzərə alınmadan mənə bu zərbəni vurdular. Bu Azərbaycan aliminə və övladlarıma qarşı edilən böyük bir faciədir. Mənim başqa qazanc yerim yoxdur. Bu haqsızlığıa görə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəhbərliyinə dəfələrlə müraciətlər etsəm də, heç bir köməklik göstərilməyib. Əksinə mənə əmək fəaliyyətimdə maneə yaradılır və basqılar edilirdi. Eyni zamanda SOCAR-ın pezidenti cənab Rövşən Nəcəfə müraciət edərək, məni şəxsən qəbul etməsini xahiş etsəm də, təəssüf ki, hələ mümkün olmayıb. Əvvəlki müraciətlərimə görə 13 dekabr 2024-cü il tarixdə məni SOCAR-ın vitse-prezidentinin müavini qəbul etdi. Lakin görüş zamanı məlum oldu ki, SOCAR-ın vitse-prezidentinin müavini mənim problemimi həll etmək səlahiyyətində deyil. Hazırda çox pis vəziyyətdəyəm, haqsızlıqlarla barışa bilmirəm. Mənə qeyri-peşakar damğası vurularaq işdən azad etdilər. Bu, mənə qarşı böyük haqsızlıq və faciədir”.

Məsələ ilə bağlı SOCAR-a sorğu ünvanlanıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.