BMT: "Azərbaycanda inflyasiya azalacaq"

10-01-2025, 10:37           
BMT: "Azərbaycanda inflyasiya azalacaq"
BMT Azərbaycanda orta illik inflyasiyanı 2025-ci il üçün 3.6% səviyyəsində proqnozlaşdırır.

Bu proqnoz təşkilatın "2025-ci il üçün Dünya İqtisadi Vəziyyəti və Perspektivləri" (World Economic Situation and Prospects 2025) hesabatında öz əksini tapıb.

BMT-nin hesablamalarına görə, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 2023-cü ildəki 8.8 %-dən 3,7 %-ə qədər azalıb.

Təşkilat ölkədə inflyasiyanın 2026-cı ildə 3.1%-ə qədər azalacağını gözləyir.

Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyi 2024-cü il üçün orta illik inflyasiyanı 2.7%, 2025-ci il üçün 4.6%, 2026-cı il üçün isə 4% səviyyəsində proqnozlaşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru