Qulağı kar adama sübut edirlər ki, eşidirsən... - GİLEY
Bu gün, 09:47
Tovuz rayonu, Yuxar Öysüzlü kənd sakini, ağır xəstə, əmək qabiliyyətsiz Qasımov Tapdıq Əliheydar oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də "DİA-AZ"a daxil olan müraciətdə deyilir:
"Çox hörmətli cənab Prezident. Xatırlatmaq istəyirəm ki, mən uzun müddətdir ki, həm ağır dərəcəli kəllə-beyin travması almışam, həm də hər iki qulağımda eşitmə dərəcəm 4-cü dərəcəlidir. Dəfələrlə müxtəlif müalicələr almağıma baxmayaraq bu xətəliklərdən indiyə qədər əziyyət çəkirəm.
Doğrudur, son illərdə yaşadığım zona üzrə ƏƏSMN-nin 16 saylı Tibbi Sosial Ekspertiza Komisiyası tərəfindən məni müayinə etmiş və forma 88 tərtib edərək təsdiq edilməsi üçün ƏƏSMN-nə göndərilmişdir.Çünki qanunvericiliyə əsasən Xəstəliyimin sağalmaz olduğunu nəzərə alan 16 saylı TSEK komisiayası çox düzgün qərar qəbul etmişlər.
İstər Bakıda ATU-nin Tədris Cərrahiyə Klinikasında həkim Afaq Şadlinskayanın 21 .12.2022-ci il tarixində xəstəliyimlə bağlı verdiyi rəydə qeyd edilir:
“ Mediakamentoz yuxu altında BERA testi aparıldı. 33.1 rate 2000 sveep click şiddətində aparılan BERA testi zamanı sağ qulaqda 70 dBnHL intensivlikdə V dalğa əldə edildi, sol qulaqds 90 dBnHL intensivlikdə V dalğa əldə edilmədi. “ Nəticə olaraq sol qulaqda 4-cü dərəcə neyrosensor ağıreşitmə -karlıq, sağ qulaqda 3-4 –cü dərəcəli neyrosensor tip ağıreşitmə qeyd olunur.” Eyni rəyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin Mirqasımov ad. Respublika Klinik Xəstəxanası da Ambulator xəstənin 9965 N –li Tibb vərəqində də həkim Poladova TSEK təqdim etmək üçün 29.12.2022-də diaqnoz qoymuşdur ki, “ İki tərəfli karlıq neyrosensor ağıreşitmə “ qeyd edilmişdir.
Növbəti dəfə mənə 2024-cü il oktyabrın 1-də növbəti baxış keçirilmişdir. Və yenə də Berra müayinəsi keçirilmişdir. Və yenə də diaqnoz yenə qoyulub ki, hər iki qulaq 4-cü dərəcəli eşitmə zəifliyi vardır. Yəni karlıq təsdiq edilib.
Budur, 10 yanvar 2024-cü il tarixinə ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin həkim komissiyasında adını bilmədiyim qadın həkim məni təhqirlər edərək bildirdi ki, “ Ə sən sərxoşsan, ya ağlını itirmisən? Sənin qulağın kəskin formada zəif olmasa da sənə əlillik düşmür. Bəsdir, bura gəlib bizi bezdirdin.” Bu abırsız və qanacaqsız – tərbiyəsiz həkim qadın o qədər harınlayıb ki, mənə qəbul zamanı kasıb olduğumu görüb ağzına gələn sözlərlə təhqir edir. Kim buna səlahiyyət verib ki, dövlət müəssisəsi olan bir DA-də 63 yaşlı bir xəstə adama qarşı belə bir vicdansızlığa yol verir. O zaman niyə məni özləri dəvət etmişdilər? Yəni görüblər ki, nəzərdə tutulan rüşvəti gətirmədiyimə görə başlayıblar məni səviyyəsiz zəkaları ilə aşağılayırlar ki, niyə mən onların vaxtını boş yerə alırammış.
Xahiş edirəki, Siz bu ƏƏSMN-nin həkim komissiyasının üzvlərinizə göstəriş verəsiniz ki, sağalmaz xəstəlik diaqnozu qoyulan xəstəyə qarşı əlllik təyin etmək əvəzinə məni təhqir edən yaramazlara qarşı qanunvericiliyin tələbləri daxilində cəza verilsin.
Cənab Prezident! Sizdən çox xahiş edirəm. Mənim təqdim etdiyim sənədərin əvvəlcə əsaslar üzrə müstəqil həkim komissiyası tərəfindən bir daha yoxlanılaraq əlilliyin müəyyən edilməsi üçün
ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin tərbiyəsiz həkim komissiyasının qadın üzvünün və verdikləri saxta və əsassız rəyi Daxili Nəzarət və Audit şöbəsi tərəfindən araşdırılaraq qiymət verilsin. Və tərbiyəsiz həkimin cəzalanması üçün hüquq –mühafizə orqanlarına təqdimat yazılması barədə göstərişlər verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımı bildirirəm..."