DANIŞ Kİ, SƏNİN KİM OLDUĞUN BİLİNSİN?

Bu gün, 09:48           
DANIŞ Kİ, SƏNİN  KİM  OLDUĞUN  BİLİNSİN?
AR-sı Konstitusiyasının 46-cı maddəsi: Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır.Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.
1 gün əvvəl-bir saytda açıq aşkar deyilməsə də 1 nəfər işçinin məhkəmə qərarı olmadan olmadan belə baş vermiş əmək mübahisəsi üzrə təqsirli olmasını sübut etməyə cəhdlər oldu və bu status və səssiz videonu paylaşan "Sayt Direktorunin"cəhdi uğursuz alındı.Əsas səbəblərini izah etməyə çalışacam:
1. Bu barədə olan statusu və video paylaşan:
Əmək mübahisəsinim "bir tərəfinə" 1 saata yaxın danışmaq, işçiyə qarayaxmaq, nifrət və kin dolu sözlər imkanı verən yazının müəllifi nədən, digər tərəfin fikirləri ilə maraqlanmır, qeyd edir ki,qarşı tərəfin fikrini də bildirməyə hazırıq. Sual olunur, nədən qarşı tərəfin rəyin bu yazını hazırlayarkən soruşmadınız? Daha düzgün, qanuni olmazdımı sən işçinin fikrini də öyrəninb eyni yazıda hər 2 tərəfin də fikir və mövqeyini bildirərdin?
2.İşçinin fikrini bilmədən, belə qərəzli yazı və ya video paylaşmağın sənin bu işdə maraqlı olduğunu sübut etmirmi?
3. AR-nın Əmək Məcəlləsinə əsasən, əmək münasibətlərində: bir tərəf işəgötürən, digər tərəf idə işçidi. Nədən sən bu mübahisıdə: tərəf olan işəgötürənə deyil, işəgötürəni təmsil edən vəzifəli şəxslərin deyil, müəssisə də heç bir hüquqi statusu oımayan və bu işə heç bir aidiyyatı olmayan kənar bir şəxsin öz fikir, böhtan, təhqirlərinə yol verirsən. Sanki, faktiki və hüquqi tərəfdən işəgötürən kimi.
4. Mübahisədə həmin şəxs kimdir? Müəssisə rəhbərimi, müəssisə rəhbərini təmsil edən vəzifəli şəxs, müəssisənin hüquqşünası, vəkil və ya təsisçimi? Bu şəxs hər hansı bir vəzifəli şəxs deyil, olsa - olsa bu işdə yalnız şahid kimi iştirak edə bilər.
5. Nədən və hansı səbəbdən bu videonu tam və ya səsli qaydada vermirsən,marağın nədi?
6.Təqdim etdiyin videoda da "universal şəxs" bu işçinin ikinci gəlişidi, görün necə aqressiv hərəkət edir, deyir. Sual yaranır? Bu xanım işçi niyə və hansı səbəblərdən əsəbiləşib? Videonun səs və birinci gəlişini də ona görə açmırsınız ki, bu hissədə sizin etdiyiniz əməllər, xanım işçi barədə təhqiramiz iftira və sözləriniz yer alıb.
7. Ən qəribəsi də odur ki, yazını hazırlayan "sayt direktoru" da bu hallara yol verir. Nədir sizin marağınız? Maraq yoxdursa, nədən yazını hazırlayan şəxs, kənar olanbu şəxsdən soruşmur ki, siz bu mübahisələrdə kimsiniz?
İşəgötürən, müəssisənin vəzifə şəxsi, vəkili, hüquqşünası, prokuror, hakim və ya digər vəzifəli şəxs? Xanım işçini ittiham edir, hökm verirsiniz?
8. Lakin siz sayt rəhbərini bir məsələdə, öz işinizin öhdəsindən, özünüz də bilmədən çox layiqincə gəlməyiniz də müsbət haldır. Siz bilmədən bu kənar şəxsi danışdırmaqla bu barədə olan əsassız və iftira dolu fikirləri ilə ictimaiyyəti tanış etdirməyə nail olmusunuz.Yazının sifarişçisi bu halda sizdən narazı qala bilər.
9. İşçi xanımı əvvəlcə təhqir edib, özündən çıxarırsınız, sonra da özünüzə aid olan hissə deyil, xanıma aid hissəsini ictimaiyyətə təqdim edirsiniz. Adətən bu hallara futbolda daha çox rast gəlinir. Belə ki, bir oyunçu digər oyunçuya iynə və ya tikan batırır, ana və ya bacı söyüşü deyir, bu görünmür, lakin ona cavab verənin hərəkəti görünür, təbii ki, bu halda da Hakim cavab verən oyunçunu görür və onu cəzalandırılır. Eyni ilə Fransa və İtaliya arasında Dünya futbol çempionatının final mərhələsində Zidanın qırmızı kartı kimi.
10.Bu mübahisəyə qanuni və ədalətli baxılsa ilk növbədə işçi və işəgötürənə kənar müdaxilələr edən bu şəxs məsuliyyətə cəlb olunmalıdır.
11.AR-nın Əmək Məcəlləsi 310-cu maddəsi: İstər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa fiziki şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
12. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi 147-ci maddəsi: Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma— min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
13. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi 148-ci maddəsi: Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Azər Quliyev.
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.