Bakıda sakinlərlə tikinti şirkəti arasında problem - Kirayə pulları ödənilmir - VİDEO

29-01-2025, 17:34           
Bakıda sakinlərlə tikinti şirkəti arasında problem -
Yaşadıqları ünvanın pilot layihə olduğu və onlara yeni tikilən binalardan mənzillər veriləcəyi deyilsə də 7 ildir ki, nə mənzillər verilir, nə də tikilən binada iş gedir.
Söhbət paytaxtın Ceyhun Hacıbəyli küçəsi 2 və 4 ünvanından gedir.

Sakinlər bildirib ki, evləri pilot layihə çərçivəsində plana düşüb. Onlara elə eyni ünvanda yeni mənzillə təmin ediləcəyi deyilib, müqavilələr imzalanıb.

Sakinlərin sözlərinə görə, onlarla müqavilə bağlayan "N-turan" şirkəti olsa da sözügedən şirkət daha sonra “Olimpus MTK” ilə ortaq olur.

Məsələ ilə bağlı sözügedən şirkətdən “Xəzər Xəbər”ə qeyd edilib ki, şikayətçilərin kirayə haqqlarının ödənməsində heç bir problem yoxdur. Digər şikayətlər isə araşdırılacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru