Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 5% artırıb

29-01-2025, 11:24           
Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 5% artırıb
Bu il yanvarın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 70 milyard 990,9 milyon ABŞ dolları təşkil edib.

İndex.az xəbər verir ki, bunun 84,6 %-i və yaxud 60 milyard 31,4 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 15,4 %-i və yaxud 10 milyard 959,5 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Ötən ilin IV rübündə ölkənin valyuta ehtiyatları 2 milyard 502,5 milyon ABŞ dolları və yaxud 3,4 % azalıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 1 milyard 666,2 milyon ABŞ dolları və yaxud 2,7 %, AMB-nin valyuta ehtiyatlarında isə 836,3 milyon ABŞ dolları və yaxud 7,1 % azalma olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 3 milyard 308,2 milyon ABŞ dolları və yaxud 4,9 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 3 milyard 961,7 milyon ABŞ dolları və yaxud 7,1 % artım, AMB-nin valyuta ehtiyatları isə milyard 653,5 milyon ABŞ dolları və yaxud 5,6 % azalma nümayiş etdirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru