"Louis Vuitton"un rəhbəri "Forbes"in siyahısında gerilədi
Bu gün, 09:16
Fransız iş adamı, "Moët Hennessy - Louis Vuitton" (LVMH) şirkətinin rəhbəri Bernar Arno "Euronext Paris" birjasında bir gündə 11 milyard dollar itirərək dünyanın ən varlı adamları siyahısında bir pillə geriləyib və beşinci yerə düşüb.
Bu barədə "Forbes" məlumat yayıb.
Arnonun itkiləri LVMH-nin zəif maliyyə hesabatı dərc etdikdən sonra meydana çıxıb. Eyni zamanda, Bakı vaxtı ilə saat 19:10-a olan məlumata görə, milyarderin itkiləri bir qədər azalaraq 10.4 milyard dollar, şirkətlərinin aktivlərinin dəyəri isə 188.4 milyard dollar təşkil edib.
Beləliklə, Bernard Arno çərşənbə günü 6 milyard dollar qazanan "Oracle" korporasiyasının rəhbəri Larri Ellisonu geridə qoyub. Ellisonun sərvəti 206.6 milyard dollar olub və o, siyahıda dördüncü yerdə qərarlaşıb. İlk üç sırada isə "SpaceX" in qurucusu və baş direktoru İlon Mask (411 milyard dollar), "Amazon"un qurucusu Ceff Bezos (249.3 milyard dollar) və "Meta" şirkətinin qurucusu Mark Zukerberq (231.5 milyard dollar) yer alıb.
Dünyanın ən böyük lüks məhsul istehsalçısı LVMH-in 2024-cü ildə xalis mənfəəti 17%, ümumi gəliri isə 2% azalıb.