İşçilərin əməyin ödənilməsinin hansı sistemi və növləri vardır?
Dünən, 16:40
1.Azərbaycan Respublikası Əmək Məcəlləsi iıə İşçilərin əməyi: vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə də aparıla bilər.
2. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılması, işçilərin maddi marağını gücləndirmək məqsədi ilə: mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları da tətbiq edilə bilər.
3. Əmək haqqının tərkibinə üç ödəniş daxil ola bilər: aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar.
4.Aylıq Tarif (vəzifə) maaşı-işin mürəkkəbliyi, əməyin gərginliyi, işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir.
5. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçilərin tarif (vəzifə) maaşına, əməkhaqqına müəyyən edilən əlavə ödəncdl
6. Mükafat — əməyin kəmiyyət, keyfiyyətinin yüksəldilməsinə işçilər maddi maraqlarının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.
7. Əmək münasibətlərində: vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai və sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində və ya dolayısı ilə imtiyazların güzəştlərin müəyyən edilməsi, hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.
8.Qadınlara, əlilliyi olan şəxslərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə əmək münasibətlərində güzəştlərin, imtiyazlar və əlavə təminatların müəyyən edilməsi ayrıseçkilik hesab edilmir.
Azer Quliyev
TEREF