Hansı əmək müqaviləsi ləğv edilmiş şəxslərin işsizlikdən sığorta ödənişi almaq hüququ vardır

6-02-2025, 15:41           
Hansı əmək müqaviləsi ləğv edilmiş şəxslərin  işsizlikdən sığorta ödənişi almaq hüququ vardır
Aşağıda göstərilən və əmək müqaviləsi ləğv edilmiş şəxslərin işsizlikdən sığorta ödənişi almaq hüququ vardır.
İşsizlikdən sığorta ödənişi almaq hüququna - əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış şəxslər və sığortaolunanlar malikdirlər:
Dövlət orqanı və hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə (dövlət orqanı ləğv edildikdə əsası ilə) və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə əsası ilə) əsasən.
İşçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında”Azərbaycan RespublikasıQanunun 33.1.3-cü maddəsinə (dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə əsası ilə) və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə əsası ilə) əsasən.
Əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə ) əsasən.
Sığorta ödənişi ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin edilir.
Şəxs isə düzəldikdə - işsizliyə görə ödənilən sığorta ödənişlərinin verilməsi dayandırılır.
Azər Quliyev.
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru