Tbilisi prospektində problem bitmək bilmir: - Bu zolaq nəyə xidmət edir? - VİDEO

15-02-2025, 15:34           
Tbilisi prospektində problem bitmək bilmir: - Bu zolaq nəyə xidmət edir? - VİDEO
Baku TV-nin “Necə olmalıdır?” rubrikasının yeni buraxılışı yayımlanıb.

Gununsesi.info xəbər verir ki, bu dəfə paytaxtın Tbilisi prospekti ilə İzmir küçəsinin kəsişməsindəki problem haqqında məlumat verilib.

Bildirilib ki, bu ərazidə hərəkəti qadağan edən zolağın çəkilməsi nəqliyyatın hərəkətini çətinləşdirir.

“Tbilisi prospektində hərəkət onsuz da çətin idi. Buna baxmayaraq, avtobus zolağının salınması və onun yanında boş saxlanılan zolağın olması heç cür anlaşılan deyil. Maraqlı sual ortaya çıxır: məqsəd sıxlıq yaratmaq, yoxsa sıxlığı aradan qaldırmaqdır?”, – deyə vurğulanıb.

Yaxşı olar ki, avtobus zolağı xətlənmiş zolaqdan keçsin, ya da həmin zolaqda hərəkətə icazə verilsin ki, günün pik saatlarında yolun yükü azalsın.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.