Siqaret niyə bahalaşdı?

4-03-2025, 09:36           
Siqaret niyə bahalaşdı?
Dünəndən Azərbaycanda bəzi tütün məmulatlarının qiymətinin artırılması ilə bağlı məlumat yayılıb. Siqaret satışı ilə məşğul olan şəxslərin sözlərinə görə, “LD”, “Winston” və “Sobranie” (bir neçə çeşidinin) qiyməti 0,20 qəpik bahalaşıb. Bundan əlavə “Kent” markalı siqaretlərin də bahalaşacağı gözlənilir.
İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, təlabat varsa, artan qiymət yeni bazar qiyməti kimi tanınacaq:
“Qiyməti siqaret satışı ilə məşğul olanlar – şirkətlər artırır. Məcburi istehlak deyil ki, almayaq. Burada tütün istehsalı satışı ilə məşğul olan şəxslər və təmərküzləşmə var. Bunları bir neçə iri şirkət və şəxslər həyata keçirdiyinə görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bununla məşğul olmalıdır və razılaşdırılmış qiymət təyin edilməlidir”.

Ekspert 2025-ci ildə tütün istehsalçılarına və satıcılarına yeni rüsum təyin edilməyib:
“Bundan əlavə aksiz vergisi də artırılmayıb. Amma ümumi şəkildə bizneslə əlaqədar xərclər artırılır. Minimum əmək haqqı, kommunal xərclər artırılır. Bunların hər biri siqaret satışı ilə məşğul olanların da xərcini artırır. Ölkədə ümumi infiliyasiya var”. /qaynarinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru