Qazaxıstanda iri neft şirkətləri hazilatı azaltmağa razılaşıblar

8-03-2025, 16:18           
Qazaxıstanda iri neft şirkətləri hazilatı azaltmağa razılaşıblar
Qazaxıstan “OPEС+” sazişi çərçivəsində 2024-cü ilin yanvarından neftin həddindən artıq istehsalını vaxtından əvvəl kompensasiya etmək niyyətindədir.

Bu barədə ölkənin energetika naziri Almasadam Satkaliyev məlumat verib.

“OPEC+” ölkələrinin görüşü keçirilib. Görüş zamanı Qazaxıstan da daxil olmaqla, bütün iştirakçılar müəyyən edilmiş kvotaları tam yerinə yetirməyə və əvvəlcədən artıq hasil edilmiş neft həcmlərini kompensasiya etməyə hazır olduqlarını təsdiqləyiblər”, – o qeyd edib.

A.Satkaliyev əlavə edib ki, bu vəzifənin yerinə yetirilməsi üçün Qazaxıstanın Energetika Nazirliyi “Kaşaqan” və “Tengiz” yataqlarının operatorları olan beynəlxalq konsorsiumların iştirakçıları və səhmdarları ilə məsləhətləşmələr aparıb.

“Bu işi gələn həftə artıq bu böyük şirkətlərin yuxarı rəhbərləri səviyyəsində davam etdirməyi planlaşdırırıq. Bu şirkətlər “ExxonMobil”, “Total”, “Shell” və digər səhmdarlardır. Onların qarşısında planlaşdırılmış parametrlərə nail olmaq məqsədilə Qazaxıstanda neft hasilatının həcminin azaldılması ilə bağlı kifayət qədər ciddi vəzifə qoymuşuq”, – nazir əlavə edib.

O vurğulayıb ki, müzakirələr məhsuldar olub: “Qazaxıstan şirkətlərdən imtina almayıb. Biz ölkə hökuməti tərəfindən qarşıya qoyulmuş vəzifənin həyata keçirilməsi imkanlarını müzakirə etdik. Qazaxıstan hasilatın azaldılması üçün bütün zəruri tədbirləri görəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru