Əvəz Zeynallının səhhətində problemlər yaranıb - qan köçürülüb...

8-03-2025, 17:22           
Əvəz Zeynallının səhhətində problemlər yaranıb - qan köçürülüb...
Bir müddət əvvəl tənqidçi, araşdırmacı jurnalist, “Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallının səhhətində müəyyən narahatlıqların yaranması ilə bağlı fikirlər ictimaiyyətin diqqətinə çatdırılmışdı.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı onun həyat yoldaşı Məlahət Zeynallı vermişdi.

Belə ki, daha əvvəl gözündən əməliyyat olunan Əvəz Zeynallı UZİ müayinəsindən keçib.

Ona ilkin olaraq qanazlığı diaqonozu qoyulub və qan köçürülüb.

Bundan əlavə, müayinələr nəticəsində mədə, mədəaltı vəz, öd kisəsi və ciyərlərində ciddi fəsadların aşkarlandığı deyilir.

Həkim ona ciddi soyuqdəymənin olduğunu bildirib.

Qeyd edək ki, Məlahət Zeynallı da Əvəz Zeynallıya soyuq dəydiyini, daha dəqiq, gözündən əməliyyat olunan zaman düz üç gün soyuq yerdə saxlanıldığını bildirmişdi.

Son məlumatlara görə, Əvəz Zeynallı qısa müddətdə öd kisəsindən əməliyyat olunmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru